ВОЙТИ

Sifariş Pesoto-nun ABŞ-dakı anbarına artıq gəlib, lakin şəxsi kabinetdə onun statusu yenilənmir. Səbəb nədir?

Последние изменения: 24.10.2017
добавить в избранные

 

Şəxsi kabinetdəki “ABŞ-da Anbar”  bölməsində yalnız o bağlamalar əks etdirilir ki, onlar faktiki olaraq anbara daxil olub və emal edilərək sistemə daxil ediliblər. Bağlamanın emal edilməsi 1-2 gün çəkir. ABŞ üzrə çatdırılma xidmətinin saytında və şəxsi kabinetdəki məlumatların uyğun gəlməməsi aşağıdakı səbəblərdən ola bilər: 

  • Bağlamaları istirahər günlərində gətiriblər. Bu zaman çatdırılma xidmətinin saytında status “Çatdırılıb” kimi göstərilir, lakin real olaraq o, yaxınlıqdakı poçt bölməsinə aparılıb və təkrar olaraq yaxın 3 iş günü ərzində təkrar çatdırılacaqdır. 
  • Bağlama anbara daxil olub, lakin tanınmayıb. Əgər bağlamanın üzərində alanın adı və otaq nömrəsi düzgün qeyd edilməyibsə, onu eyniləşdirmək və şəxsi kabinetə bağlamaq mümkün deyil. Əgər bağlama anbara gəlib çatmalı idisə və 2 gündən artıqdır ki. şəxsi kabinetdə əks etdirilmirsə, bizimlə əlaqə saxlayın, trek-kodu, ABŞ üzrə çatdırılma xidmətini, bağlamanın içindəkilərin dəqiq təsvirini, onun dəyərini və s. xəbər verin. 
  • Bağlamanın içindəkilər daşınması üçün qadağandır. Bu halda o, şəxsi kabinetdə gəlib çatmış kimi əks etdirilə bilməz. Menecerin Sizinlə əlaqə saxlamasına qədər gözləyin.  
  • Bağlama ünvanına çatdırılmayıb. Alınan zaman bizim əməkdaşlar İvanov kimi imza atırlar. Əgər ünvan və imza doğrudursa, lakin bağlama 2 gündən artıq müddətdə “ABŞ-da Anbar” bölməsində əks olunmursa, bu barədə bizə yazın və biz onun tanınmamış bağlamalar arasında olmasını yoxlayarıq. Əgər bağlamanı bizim ünvanımıza göndərməyiblərsə, biz onun təkrar ünvana çatdırılmasına görə məsuliyyət daşımırıq. Bunun üçün sizə göndərən və ya ABŞ üzrə çatdırma xidməti ilə əlaqə saxlamaq lazımdır.
нет комментариев