ВОЙТИ

ABŞ-ın əm məşhur saytlarında qeydiyyat və sifariş qaydaları: ebay.com, amazon.com, 6pm.com, zappos.com

Последние изменения: 15.11.2017
добавить в избранные

ABŞ-ın ən məhşur onlayn mağazalarında qeydiyyat və mal sifarişi qaydaları: ebay.com, amazon.com, 6pm.com, zappos.com

eBay.com-da qeydiyyat :

1.ebay.com internet səhifəsinə daxil oluruq və yuxarı sol küncdə yerləşən «Register»  sözünü seçirik.

2.Qarşımızda məlumat doldurmaq üçün bir pəncərə açılır.

First name: Ad (engl.)

Last name: Soyad (engl.) 

Email address: elektron ünvanınız.

eBay user ID: daxil olmaq üçün login.

Password: daxil olmaq üçün şifrə.

Confirm password: daxil olmaq üçün şifrəni təkrarlayın.

Davam etmək üçün «Submit» seçirik.

3.Öz Logininzlə daxil olduğunuzu görəcəksiniz.

4.Elektron ünvanınıza daxil olursunuz və eBay.com -dan gələn məktubda «Start shopping» seçirsiniz.

5.Yuxarı sağ küncdə My ebay sözünü seçirsiniz.

6.Açılan «Addresses» menyusunda "Account" seçirsiniz.

7.daha sonra «Create» seçərək şəxsi qeydiyyat ünvanınızı və çatdırılma ünvanını daxil edirsiniz.

8.Yaşadığınız ünvanı qeyd edirsiniz:

 

Country or region: USA

Street address: 308 Connor Blvd

Address 2: Pesoto LLC AZEXXXXX

City: Bear

State: DE (Delaware)

Postal code: 19701

Phone number: 302 365-5055

Secret question (təhlükəzsizlik sualı):( Ev heyvanınızın adı?)

Answer (Cavab): Ev heyvanınızın adını qeyd edirsiniz.

Davam etmək üçün «Continue» seçirik.

9. Daha sonra yenidən "Addresses" menyusuna daxil oluruq, orada çatdırılma ünvanını dəyişirik və "Change" seçirik.

10.Pesoto.com.az səhifəsində verilən ABŞ-dakı anbarın ünvanını qeyd edirik və "Add new address" seçirik. Ola bilsin ki, ebay.com sizə başqa indeks təklif etsin,  - 19701- və əlavə rəqəmlər. Siz onu qəbul edə bilərsiniz.

11.Çatdırılma ünvanı artıq əlavə olunmuş olacaq. Bu əsas çatdırılma ünvanı olacaq.

12.Siz həmişə əlavə göndərmə ünvanı qeyd edə bilərsiniz.

 

Paypalda qeydiyyat.Ətraflı təlimat:

PayPal ilə hesab açmaq və xidmət tamamilə pulsuzdur.

Qeydiyyat üçün Sizə lazım olacaq :

- hesabınızda ən azı 3 ABŞ dolları olan ödəmə kartı.

- elektron ünvanı, məsələn  login@gmail.com

Daxil olursunuz paypal.com səhifəsinə və "Sign up" seçirsiniz :

Yaşadığınız ölkəni və dil seçirsiniz.

Daha sonra «Başlanğıc» seçirsiniz :

Elektron ünvanınızı qeyd edirsiniz və bir şifrə düşünürsünüz ,sonra şifrəni təkrar edirsiniz,Ad Soyad və Atanızın adını,doğum tarixinizi,vətəndaşlığınızı,yaşadığınız ünvanı,şəhəri,indeksi və telefon nömrənizi (+şəhər kodu) qeyd edirsiniz.

Daha sonra istifadəçi razılaşması və təhlükəsizlik siyasəti ilə tanış olursunuz.Bundan sonra «Razılaşıram və set açıram» seçirsiniz.

Məsləhət: əgər sizin Ebay auksionunda artıq  akkauntunuz varsa, çalışın  Pay Pal ilə Ebay məlumatlarınız eyni olsun (e-mail,ünvan,Ad Soyad yazılışı və sairə).

Təhlükəsizlik səbəbləri üçün göstərilən kodu daxil edin. Görmürsənsə, onu dinləyə bilərsiniz.

Daha sonra «Davam etmək» seçirsiniz:

Bir sonrakı səhifədə, dərhal bir kart əlavə edə bilərsiniz və ya bir onay işarətini silib daha sonra bunu edə bilərsiniz.Kartınızın vəsaiti (ən azı 3 ABŞ dolları) olmadıqda, onun detallarının daxil edilməsini təxirə salmaq məqsədəuyğundur, çünki PayPal 1,95 ABŞ dolları məbləğini müvəqqəti blok etdiyinə görə qeydə ala bilməyəcək, daha sonra geri qaytaracaq.

Alış-veriş üçün istifadə olacaq ödəmə kartı məlumatlarını daxil edin.

Kredit kartı nömrəsi - ödəniş kartınızın üz tərəfində göstərilən nömrəni boşluq buraxmayaraq daxil edin.

İstifadə müddətinin son tarixi - «Expiration Date» - kartın bitmə tarixi. Adətən kartın baş səhifəsində göstərilir.

CSC — təsdiqləmə şifrəsi ( həmçinin buna CVV2 deyilir).Bu kartın arxa tərəfindəki son 3 rəqəmidir ( American Express kartlarında bu 4 rəqəmdir).Əgər daxil etmədə çətinlik çəksəniz: «Bu nədir» linkinə keçid alın.Yox əgər kartda bu şifrə olmadığı təqdirdə,kartınızın aid olduğu banka müraciət edin.

 Daha sonra « Davam etmək» seçirsiniz. Nəzəzrinizə çatdırırıq ki, paypal.com etibarlılığına əmin olmaq üçün,müvəqqəti olaraq kartınızdan $1.95 dollar çıxacaq.Ona görə də, qeydiyyat zamanı kartınızda minimal məbləğ $3 dollar olmalıdır.

Email ünvanın təsdiqlənməsi :

Hesabınızı aktivləşdirmək üçün email ünvanınızı təsdiqləməlisiniz. Qeydiyyat zamanı əlavə etdiyimiz emailınızda gələn məktubları yoxlayın. PayPal-dan "PayPal hesabınızı aktivləşdirin!" mövzusunda bir məktub varsa, onu tapın və "mənim setimi aktivləşdirin" linkinə keçid alın.

Siz Pay Pal səhifəsinə dərhal yönlənəcəksiniz və qeydiyyat zamanı seçdiyiniz şifrəni daxil edəcəksiniz.

Link işləmədiyi halda,Pay Pal səhifəsindəki akkauntunuza daxil olursunuz və «Tapşiriqlarin siyahısı» əlavəsində "E-poçt ünvanını təsdiqləyin" seçirsiniz.

Sonra növbəti səhifədə  "Addım 2 " seçirsiniz və " Əgər  e-poçtun mövzu yerində  bu linki görürsünüzsə,həmin linkə keçid alın "seçin və sizə gələn emaildan təsdiq nömrəsini (confirmation number)daxil edin.

PayPal'dan heç bir məktub almadızsa,siz təkrar olaraq həmin səhifənin aşağısında ,təsdiqləmə şifrəsiniyenidən istəmək üçün  "Yeni bir təsdiq nömrəsini tələb et" linkinə keçid ala bılərsiniz.

Kartın təsdiqləməsi.

Sizin kartınızdan $1.95 dollar çıxılacaq (bu məblləğ daha sonra ya kartınıza geri oturacaq ya da blansınıza ), daha sonra kartla əməliyyatlar çıxarışında, ödəmə mərhələsində 4 rəqəmli şifrəni tapırsınız, (ödəmə mərhələsi təxmini bu cür olacaq: «1234PayPal — *EXPUSE», ilk 4 rəqəm - sizin şifrənizdir ), və onu Pay Pal səhifəsində daxil edirsiniz.Bu şifrəni internet-bankinq vasitəsi ilə və ya banka zəng vuraraq kart üzrə çıxarış alaraq öyrənə bilərsiniz.

 

Amazon.com da qeydiyyat:

1.Daxill Ol düyməsini seçərək öz email ünvanınızı və yeni müştəri olduğunuzu qeyd edirsiniz.

2. Burada Adınızı,email ünvanınızı (2 dəfə), mobil nömrənizi və şifrənizi (2 dəfə) daxil edirsiniz.Create Account seçərək yadda saxlayırsınız.

3. Daha sonra səhifənin yuxarısında görünən Adınızı seşirsiniz.

4. Your Account --- Your Orders: daxil olursunuz.

5. Çatdırılma ünvanını əlavə etmək üçün Add New Address-ə keçid alırsınız.

6. pesoto.az saytında şəxsi səhifədə anbarın ünvanını copy edirik,mağaza sizə dəyişilmiş indeks təklif edə bilər,məsələn 19701,bu əlavə rəqəmlərdir.Siz onu qəbul edə bilərsiniz.Kommersiya ünvanı olduğunu qeyd etmək vacibdir,çünki bazar günü bağlama qəbul etmir.Bunun üçün Address Type - Residential seçirik.Yaddaşda saxlayırıq.

7. Bu xanaya kartın məlumatlarını daxil edirsiniz :nömrə, sahibinin adı,küçənin adı,ev nömrəsi,mənzil nömrəsi (varsa),şəhər,region,poçt indeksi,ölkə və telefon nömrəsi.«Use this address» seçərək yaddaşda saxlayırsınız.

Hazırdır ! Uğurlu alış-veriş arzulayırıq!

 

 6pm.com -da qeydiyyat :

1. 6pm.com səhifəsinə daxil olaraq «Register» seçirsiniz.

2. Daha sonra «Create an Account» seçirsiniz.

3. Adınızı,email ünvanınızı (2dəfə) və şifərnizi (2 dəfə) daxil edirsiniz.

4. Bu zaman qeydiyyatı tamamlamaq üçün qeyd etdiyiniz email ünvanınıza məktub göndərildi.

5. Təsdiqləmə üçün sadəcə linka daxil olaraq səhifəyə keçid alacaqsınız.

6. Və My Account-a daxil olursunuz.

7. Çatdırılma ünvanını qeyd etmək üçün «Add a Shipping Address» seçirsiniz,

8.Buarada adınızı və soyadınızı daxil edirsiniz və bizim pesoto.com-da qeyd olunan anbarımızın ünvanını copy edərək əlavə edirsiniz.Bu ünvanı əsas kimi göstərirsiniz və yaddaşda saxlayırsınız.

9. Bu xana lazımı xanaların doldurulduğunu təsdiq edir.

10. Daha sonra ödəmə kartınızın məlumatlarını daxil etmək üçün «Add a Payment Type» seçirsiniz.

11. Burada siz adınızı,soyadınızı,kartın növünü,nömrəsini və etibarlılıq tarixini daxil edirsiniz.Xananın ikinci hissəsində karta bağlı ünvanı qeyd etmək mütləqdir:küçənin adı,mənzilin nömrəsini və şəhərin adı.Ştat xanasında AA seçirsiniz,(Amerika qeydiyyat ünvanlı kartlar üçün),Zip xanasında 99999 yazırsınız.Şəxsi telefon nömrənizi qeyd edirsiniz.Əvvəlcədən əsas olaraq seçərək yadaşşda saxlayırsınız.

Qeydiyyatı bitirmək üçün "Save for future orders" seçirik.

Bitdi! Sizə 6pm saytında uğurlu alış-veriş arzu edirik!!!

 

Zappos.com-da qeydiyyat:

1.Zappos.com-un əsas səhifəsində lazımı bölümü seçirsiniz,məsələn, Denim.

2. Sonra, kateqoriya seçirsiniz,məsələn Jeans.

3. Axtarış meyarlarını seçirsiniz: Ölçü, Uzunluq və s ..

4.Müvafiq bir vahid tapdığınızda,onun alışı üçün rəngini, ölçüsünü seçərək Add to Cart-a göndərirsiniz.

5. Digər malların axtarışına davam etmək üçün Continue Shopping seçirsiniz və davam edirsiniz. Alış-verişi bitirəndə,Proceed to Checkout seçirsiniz.

6. Sərfəli çatdırılma üsulunu seçərək, ünvanın düzgünlüyünü,kartın məlumatlarını,malın  xüsüsiyyətlərini yoxlayırsınız.Daha sonra Submit my Order seçirsiniz.

7. Alınan malların siyahısına keçid alırsınız,burada aliş-veriş tarixi,sifarişin nömrəsi və  qiyməti qeyd olunur.

8. Burada həmçinin bağlamanın izləmə kodunu görə bilərsiniz və onu mütləq pesoto.com.az səhifəsində bəyan etmək lazımdır.

Sizə uğurlu alış-veriş arzu edirik!!!

нет комментариев